Azərbaycan ən azı 7 ədəd "JF-17 Thunder" qırıcısı alıb
Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına ən azı yeddi ədəd Çin-Pakistan istehsalı "JF-17 Thunder Block III" çoxməqsədli qırıcısı daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi görüntülərdən məlum olub.
Təlim uçuşlarını əks etdirən video və fotolarda ən azı yeddi yeni "JF-17 Thunder Block III" qırıcısının döyüş növbətçiliyinə cəlb edildiyi görünür.
Hərbi analitiklərin fikrincə, müasir radar sistemləri və raket silahları ilə təchiz olunan bu təyyarələrin istismara verilməsi Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Bildirilib ki, Bakı ilə İslamabad arasında imzalanmış müqavilə çərçivəsində gələcəkdə də bu tip döyüş təyyarələrinin Azərbaycana müntəzəm tədarükü nəzərdə tutulur.
17:21 24.07.2026
Oxunuş sayı: 54