Türkiyədə mühərrik zavodunda güclü yanğın baş verib
Türkiyənin Eskişehir şəhərində yerləşən "TUSAŞ Engine Industries" (TEI) müəssisəsində güclü yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində zavodun əməkdaşları təhlükəsizlik məqsədilə təxliyə olunub.
Yanğının söndürülməsi üçün əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisənin başvermə səbəbi və mümkün zərər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
10:42 22.07.2026
Oxunuş sayı: 60