Venesuelada zəlzələ qurbanlarının sayı 5 346 nəfərə çatıb
Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 346 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigesin "Telegram" kanalında paylaşdığı hökumətin gündəlik hesabatına əsasən, 16 740 nəfər yaralanıb, 17 265 nəfər isə evsiz qalıb.
Məlumata görə, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 39 567 nəfərə tibb müəssisələrində yardım göstərilib.
Bundan əlavə, 128 324 ailəyə humanitar yardım çatdırılıb, 23 122 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə ümumilikdə 10 964,97 ton ərzaq paylanıb.
Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə maqnitudası 7,2 və 7,5 olan iki güclü yeraltı təkan qeydə alınıb. Episentrlər Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Fəlakətdən sonra 1 405 afterşok baş verib.
10:39 22.07.2026
Oxunuş sayı: 61