Pentaqon: Çin və Rusiya müxtəlif səviyyələrdə İrana dəstək verir
ABŞ müdafiə naziri Pit Heqset Çin və Rusiyanın ABŞ-la hərbi qarşıdurma zamanı İrana müxtəlif səviyyələrdə dəstək göstərdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Heqset Senatın Təxsisat Komitəsində keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton bu fəaliyyətlərin qarşısını almaq üçün müxtəlif addımlar atır.
"Bu fəaliyyətlərin dərinliyi və miqyası ilə bağlı təfərrüatlar məxfi qalmalıdır. Bununla belə, həm Çin, həm də Rusiya müxtəlif səviyyələrdə İranın həyata keçirdiyi bəzi fəaliyyətlərə yardım edir", – deyə Pentaqon rəhbəri vurğulayıb.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə eyni sualı cavablandırarkən bu mövzunu açıq iclasda müzakirə etməyin məqsədəuyğun olmadığını bildirib.
09:57 22.07.2026
Oxunuş sayı: 56