ABŞ İrana ardıcıl 11-ci gecə zərbələr endirib
ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti silsilə hava zərbələrini başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, bu, ABŞ qüvvələrinin İrana qarşı ardıcıl 11-ci gecə həyata keçirdiyi hərbi əməliyyatdır.
Məlumata görə, zərbələr İranın əməliyyat idarəetmə mərkəzlərinə, Hərbi Dəniz Qüvvələrinin obyektlərinə, aviasiya anqarlarına, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələrə və hərbi logistika infrastrukturuna endirilib.
09:24 22.07.2026
Oxunuş sayı: 56