Erməni politoloq: İranın mövqeyi İrəvan üçün fürsət yaradır
Erməni politoloq Ara Poqosyan hesab edir ki, İranın "Tramp marşrutu" adlandırılan layihə ilə bağlı mövqeyi Ermənistana yol üzərində suveren nəzarəti saxlamaq üçün imkan yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Poqosyan bildirib ki, Tehranın yanaşması İrəvan üçün "imkan pəncərəsi" açır və bu, marşrutun ekstraterritorial status almasının qarşısını almağa kömək edə bilər.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın yanaşmasına əsasən, marşrut Ermənistan tərəfindən "özbaşına məhdudiyyətlərə" məruz qalmamalıdır. Politoloq hesab edir ki, məhz bu yanaşmanı İran amili vasitəsilə qismən neytrallaşdırmaq mümkündür.
09:21 22.07.2026
Oxunuş sayı: 59