Donetskdə PUA hücumu: 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Rusiyanın işğal etdiyi Donetsk vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" Rusiyanın işğal etdiyi Donetsk vilayətində Moskvanın təyin etdiyi rəhbər Denis Puşilinə istinadən məlumat yayıb.
Puşilinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları çərşənbə axşamı iki mülki avtomobili hədəfə alıb.
09:18 22.07.2026
Oxunuş sayı: 57