Aleksandr Sırski vəzifəsindən azad edilib
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Surskinin vəzifəsindən azad edildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun keçmiş müşaviri Sergey Sternenko məlumat yayıb.
Sternenkonun sözlərinə görə, Surski artıq Baş komandan postunu tərk edib. Lakin hazırda bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində mümkün dəyişikliklərlə bağlı xəbərlər son günlər gündəmə gəlib. Bəzi mənbələr Surskinin vəzifədən kənarlaşdırılması barədə məlumatlar yayıb, lakin rəsmi açıqlamanın gözlənildiyi bildirilib.
Qeyd edək ki, Aleksandr Surski 2024-cü ilin fevralından Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində çalışırdı.
23:47 21.07.2026
Oxunuş sayı: 57