Rubinyan daha 4 məmur vəzifədən azad etdi
Ermənistan parlament sədrinin müavini və parlament sədrinin vəzifələrini müvəqqəti icra edən Ruben Rubinyan daha 4 əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, “Faktinfo”nun məlumatına görə, Rubinyanın qərarı ilə 2026-cı il avqustun 3-dən etibarən Ermənistan Milli Məclisi sədrinin köməkçisi Karlen Qreyan, sədrin müşaviri Hovhannes Nalbandyan, sədrin köməkçisi Zina Zalİkyan və sədrin müşaviri Aharon Nersisyan vəzifələrindən azad olunacaqlar.
Parlament aparatının rəhbəri-baş katib David Arakelyana isə qanunvericiliyə uyğun olaraq həmin şəxslərlə bağlı yekun hesablaşmaların aparılmasını təmin etmək tapşırılıb.
Daha əvvəl Rubinyan parlament sədri Alen Simonyanın referentini də işdən çıxarmışdı.
Bununla da, Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Rubinyanın Alen Simonyana yaxın kadrlarla bağlı dəyişikliklər apardığı qeyd olunur.
23:53 21.07.2026
Oxunuş sayı: 53