Qazaxıstan neft ixracını tanker hücumlarına görə dayandıra bilər
Qazaxıstan bir sıra tanker hücumları səbəbindən Novorossiysk yaxınlığında yerləşən ən böyük ixrac terminalına neft nəqlini dayandıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin mənbələrinin sözlərinə görə, buna səbəb tanker sahibi şirkətlərin təhlükəsizliklə bağlı narahatlıqlarıdır. Şirkətlər gəmilərini yükləmə üçün həmin terminala göndərmək istəmirlər.
Məlumata görə, neft tədarükünün dayandırılmasına iyulun 21-dən başlanacağı gözlənilirdi. Lakin bunun faktiki olaraq baş verib-vermədiyi hələ məlum deyil.
Həmçinin ixracın hansı şəraitdə və nə vaxt bərpa oluna biləcəyi ilə bağlı məlumat yoxdur.
Qeyd olunur ki, söhbət Qazaxıstan neftinin dünya bazarlarına çıxışında əsas rol oynayan Novorossiysk yaxınlığındakı ixrac infrastrukturundan gedir.
23:14 21.07.2026
Oxunuş sayı: 51