İrana peyk məlumatlarını kim verir? - ABŞ-dən sərt ittiham
ABŞ-nin BMT-də keçmiş səfiri Niki Heyli İranın ABŞ hərbi bazalarına zərbələr endirməsində Çin və Rusiyanın rolunun olduğunu iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Heyli bildirib ki, İranın ABŞ hərbi obyektlərinə hücumları nəticəsində hərbçilər arasında ölən və yaralananlar olub.
“İran bizim hərbi bazalarımıza zərbələr endirdi, nəticədə çox sayda hərbçi həlak oldu və yaralandı. Amma belə hücumlar üçün İrana peyk kəşfiyyat məlumatlarını kim verir? Çin və Rusiya”, – deyə Heyli bildirib.
O, bu ölkələrin Tehrana hərbi imkanlarını artırmağa kömək etdiyini iddia edib.
Qeyd edək ki, Heylinin açıqladığı bu iddialarla bağlı Çin və Rusiya tərəfindən rəsmi təsdiq və ya şərh verilməyib.
22:18 21.07.2026
Oxunuş sayı: 63