Rusiya Özbəkistan məhsullarına nəzarəti sərtləşdirib
Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Xidməti (Rosselxoznadzor) fitosanitar pozuntuların sayına görə beş Özbəkistan ixracatçısından meyvə və tərəvəz idxalını məhdudlaşdırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məhdudiyyətlər əsasən kələm, soğan, göyərti, üzüm, çuğundur və pomidor məhsullarına şamil edilib.
Rosselxoznadzor bildirib ki, qərar ən çox fitosanitar qayda pozuntusuna yol verən ixracatçılara qarşı tətbiq olunub. Qurum məhsulların təhlükəsizliyinə nəzarətin gücləndirildiyini qeyd edib.
21:58 21.07.2026
Oxunuş sayı: 59