Karasyov: vəd var, nəticə yoxdur
Rusiya mediasına danışan politoloq Vladimir Karasyov iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini vəzifəsindən uzaqlaşdıra və Ukrayna ordusunun cəbhədəki uğursuzluqlarına görə məsul şəxs kimi təqdim edə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna ordusunun təmas xəttində düşdüyü ağır vəziyyət Sırskinin Zelenskinin etimadını itirməsinin səbəblərindən biridir.
“Sirskinin Zelenskiyə çoxlu vədlər verdiyi, onun emosional xarakterini bildiyi deyilir. O, çoxsaylı qələbələr və böyük irəliləyişlər vəd etdi, lakin nəticədə bunların heç biri baş vermədi”, — Karasyov bildirib.
Qeyd edək ki, Sırskinin vəzifədən alınması ilə bağlı rəsmi açıqlama verilməyib.
20:54 21.07.2026
Oxunuş sayı: 71