Qərbin Ukraynaya gizli dəstəyi artır
Ukrayna Böyük Britaniyanın BAE Systems şirkəti tərəfindən hazırlanan haubitsaların istehsalı ilə bağlı razılaşma əldə edib.
Crossmedia.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) yazır ki, bu razılaşma Kiyevin gələcəkdə Patriot raketləri də daxil olmaqla, Qərb istehsalı olan digər silahların istehsalı planları üçün nümunə ola bilər.
Məqalədə qeyd olunur ki, Ukrayna pilotsuz uçuş aparatları və radioelektron mübarizə sistemlərini müstəqil şəkildə hazırlasa da, radar sistemləri, raketlər və peyk texnologiyaları kimi digər hərbi sahələrdə ABŞ və Avropa ölkələrinin təcrübəsinə ehtiyac duyur.
˝WSJ˝ bildirir ki, haubitsaların istehsalı üzrə layihə Ukraynanın Qərb texnologiyalarına əsaslanan hərbi istehsal imkanlarını genişləndirmək istiqamətində atdığı addımlardan biridir.
20:46 21.07.2026
Oxunuş sayı: 59