Karapetyanın 200 min dram cərimə almasının səbəbi üzə çıxdı
Ermənistanda “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyan gəlir və əmlak bəyannaməsini təqdim etmədiyi üçün 200 min dram (təxminən 540 ABŞ dolları) məbləğində cərimələnib.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Qərarı Korrupsiyanın Qarşısının Alınması Komissiyası qəbul edib.
Komissiyanın açıqlamasına görə, Karapetyan partiya sədri vəzifəsinə başladığı vaxt qanunvericiliyin tələbinə uyğun olaraq əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməli idi. Lakin o, bunu nə qanunda nəzərdə tutulan müddətdə, nə də yazılı xəbərdarlıqdan sonra yerinə yetirib.
Karapetyanın nümayəndələri bildiriblər ki, siyasətçi ev dustaqlığında olduğundan bank məlumatlarını toplamaq imkanı olmayıb. Bununla belə, Komissiya bu izahı əsaslı hesab etməyib və cərimə qərarını qüvvədə saxlayıb.
18:28 21.07.2026
Oxunuş sayı: 57