KİV: Umerov ABŞ-də Ukraynanın səfiri ola bilər
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-də Ukraynanın yeni səfiri vəzifəsinə əsas namizədlərdən biri hesab olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "LIGA" Ukrayna Prezident Ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ailəsi ABŞ-də yaşayan Umerovun beynəlxalq danışıqlar və müdafiə sahəsində əldə olunmuş razılaşmalar üzrə təcrübəsi onun namizədliyini gücləndirən əsas amillərdəndir.
"PUA razılaşmaları və danışıqlar onun yeni vəzifəsinin öhdəliklərinə uyğundur. Bu təyinat tam mümkündür. Lakin hələ yekun qərar qəbul edilməyib", – deyə Prezident Ofisindəki mənbələrdən biri bildirib.
Umerovun mümkün təyinatı ilə bağlı müzakirələr Prezident Volodimir Zelenskinin keçmiş daxili işlər naziri İqor Klimenkonun Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunduğunu açıqlamasından sonra intensivləşib.
Prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin isə Umerovun ABŞ-yə səfir göndərilməsi ilə bağlı suala cavabında onunla bağlı "ayrıca söhbət" aparılacağını bildirib.
17:42 21.07.2026
Oxunuş sayı: 66