Çin Yaponiyanın nüvə silahı təklifini pisləyib
Çin Xarici İşlər Nazirliyi Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin nüvə silahı ilə bağlı müzakirələrin başlanması təklifini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, bu təşəbbüs son dərəcə təxribatçı və təhlükəli xarakter daşıyır.
Onun sözlərinə görə, Yaponiya hökuməti bununla ölkənin "üç qeyri-nüvə prinsipini" pozmağa və İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamı şübhə altına almağa çalışır.
17:21 21.07.2026
Oxunuş sayı: 57