Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq
Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması barədə razılıq əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə iyulun 21-də Berlində imzalanmış Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə bildirilir.
Sənədə əsasən, iki ölkə arasında İqtisadi və Ticarət Əməkdaşlığı kimi ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi; kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə etdərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi nəzərdə tutulur.
16:48 21.07.2026
Oxunuş sayı: 53