Rusiya Moldova səfirinə etiraz notası verdi
Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirini nazirliyə çağıraraq ona rəsmi etiraz notası təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, etiraz diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının Moldova tərəfindən pozulması ilə əlaqədardır.
Rusiya XİN qeyd edib ki, Moldova tərəfinin rus diplomatlarının hüquqlarını pozmasına cavab olaraq Moskva güzgü prinsipi əsasında cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Bəyanatda həmçinin iddia olunub ki, Moldova polisi Rusiyanın səfirlik əməkdaşlarına qarşı fiziki güc tətbiq edib və onları saxlayacağı ilə hədələyib. Moldova tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
17:07 21.07.2026
Oxunuş sayı: 61