Lipetskdə PUA hücumundan sonra iri yanğın baş verib
Rusiyanın Lipetsk şəhəri iyulun 21-nə keçən gecə pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Astra" məlumat yayıb.
Məlumata görə, hücumdan sonra şəhərin sənaye zonasında genişmiqyaslı yanğın başlayıb.
Yanğın ocağının Peredelçeskaya küçəsində, TETS-2 istilik elektrik stansiyası ilə Rusiyanın polad istehsalının təxminən 20 faizini təmin edən Novolipetsk Metallurgiya Kombinatı arasında yerləşən ərazidə qeydə alındığı bildirilir.
16:54 21.07.2026
Oxunuş sayı: 62