Livan ordusu cənubda mövqelərə yerləşdirilir
İsrail qoşunlarının bölgədən çıxarılması fonunda Livan ordusu ölkənin cənubunda yerləşdirilməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, bu proses 2026-cı ilin iyun ayının sonunda ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında əldə olunmuş 14 maddəlik çərçivə sazişinin icrası çərçivəsində həyata keçirilir. Proqramın məqsədi bölgədə təhlükəsizliyə nəzarətin İsrail ordusundan Livan hökumət qüvvələrinə verilməsidir.
Məlumata görə, İsrail Ordusu Zutar əl-Qarbiyyə şəhərindən qüvvələrini çıxarmağa başlayıb və Livan hərbçiləri artıq həmin sektorda mövqelər tutur.
Bununla yanaşı, İsrail ordusunun işğal altında saxladığı Cənubi Livan yaşayış məntəqələrində mülki və infrastruktur obyektlərini genişmiqyaslı şəkildə dağıtdığı bildirilir. Məlumata əsasən, İsrail rəhbərliyi ölkənin şimal bölgələrinin atəşə tutulmasının qarşısını almaq məqsədilə Livan ərazisinin dərinliklərində bufer zona yaratmağa çalışır.
16:49 21.07.2026
Oxunuş sayı: 56