Qayana sahillərində bərə faciəsi: 27 nəfər ölüb
Qayana sahillərində MV Barima sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 27 nəfərin həlak olduğu təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, xilasedicilər 69 nəfəri sağ xilas etsələr də, daha 83 sərnişin və ekipaj üzvünün taleyi hələ də naməlum olaraq qalır. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Sağ qalanların ifadəsinə əsasən, bərə əlverişsiz hava şəraitinə düşüb və iri dalğanın zərbəsindən sonra çevrilib. Hadisədən dərhal sonra gəminin içinə su dolmağa başlayıb.
16:46 21.07.2026
Oxunuş sayı: 54