Podolyak: Səfərbərlikdə tətbiq olunan üsullar dəyişməlidir
Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak ölkədə hazırkı səfərbərlik modelinin və hərbi komissarlıqların fəaliyyət üsullarının dəyişdirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "İnsider UA" məlumat yayıb.
Podolyakın sözlərinə görə, mövcud səfərbərlik üsulları Ukraynanın ehtiyaclarına cavab vermir.
"İndiki səfərbərlik və hərbi komissarlıqların iş metodları bizə uyğun deyil. Bütün bu zorakı küçə səfərbərlikləri keçmişdə qalmalıdır. Bunun əvəzinə yeni və daha effektiv model hazırlanmalıdır", – deyə o vurğulayıb.
16:41 21.07.2026
Oxunuş sayı: 58