Çin Yaponiyanın etirazını rədd etdi
Çin Yaponiyanın Okinotori rifi yaxınlığında Çin hərbi gəmilərinin fəaliyyəti ilə bağlı etirazını qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Çin Hərbi Dəniz Qüvvələrinin açıq dənizdə həyata keçirdiyi fəaliyyət beynəlxalq hüquqa və ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə tam uyğundur.
Pekin Yaponiyanın etirazına baxmayaraq, bölgədəki fəaliyyətini qanuni hesab etdiyini vurğulayıb.
15:54 21.07.2026
Oxunuş sayı: 60