Rusiyada yanacaq böhranının səngidiyi açıqlanıb
Rusiya hökuməti ölkədə yanacaq bazarında vəziyyətin yaxşılaşmağa başladığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" Rusiya Baş nazirinin müavini Aleksandr Novaka istinadən məlumat yayıb.
Novak bildirib ki, neft məhsullarının ixracına qoyulan qadağa daxili bazarın yanacaqla təminatını artırıb. Onun sözlərinə görə, eyni zamanda neft məhsullarının istehsal həcmi də yüksəlib.
Baş nazirin müavini qeyd edib ki, bir çox regionlarda tətbiq edilən məhdudiyyətlər artıq aradan qaldırılır və fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı artır.
Bununla belə, Novak bəzi bölgələrdə vəziyyətin hələ də gərgin olaraq qaldığını və həmin problemlərin fərdi qaydada həll edildiyini vurğulayıb.
15:24 21.07.2026
Oxunuş sayı: 56