Rusiya Ukraynanın limanlarına gecə zərbələri endirdiyini açıqladı
Ötən gecə Ukraynanın liman infrastrukturuna zərbələr endirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə yüklərin çatdırılması üçün istifadə olunduğu iddia edilən limanlara yönəlib.
Nazirlik əməliyyatın nəticələri və dəyən ziyanla bağlı əlavə məlumat açıqlamayıb. Ukrayna tərəfi isə bu bəyanata hələlik münasibət bildirməyib.
15:09 21.07.2026
Oxunuş sayı: 63