Ukrayna və BMT Bakıda əməkdaşlığı müzakirə etdi
Bakıda Ukrayna səfirliyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər beynəlxalq gündəmdə duran aktual çağırışlar, BMT-nin sülhün və davamlı inkişafın möhkəmləndirilməsində rolu, eləcə də Ukraynanın Bakıdakı səfirliyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Səfir qeyd edib ki, görüş qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi baxımından faydalı olub.
14:51 21.07.2026
Oxunuş sayı: 60