Messi millidən getdiyini açıqlayıb
Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasını başa vurduğunu komanda yoldaşlarına bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Messi bu barədə dünya çempionatının finalında İspaniyaya qarşı keçirilən oyundan sonra paltardəyişmə otağında çıxışı zamanı danışıb.
Hələlik Argentina Futbol Assosiasiyası və Lionel Messinin özü bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
13:23 21.07.2026
Oxunuş sayı: 74