Tramp Kanadaya qarşı gömrük rüsumlarını 50 faizə qaldırdı
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan məhsulların böyük hissəsinə 50 faiz gömrük rüsumunun tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu addımı Ottavanın ABŞ istehsalı olan avtomobillər, spirtli içkilər və süd məhsulları ilə bağlı ədalətsiz ticarət siyasəti apardığını iddia etməsi ilə əsaslandırıb.
Yeni gömrük rüsumları bir aydan sonra qüvvəyə minəcək. Bununla yanaşı, məhdudiyyətlər enerji daşıyıcıları, mineral gübrələr, balıq məhsulları və strateji əhəmiyyət daşıyan faydalı qazıntılara şamil edilməyəcək.
12:57 21.07.2026
Oxunuş sayı: 65