İranın Küveytə müdaxiləyə hazırlaşdığı iddia olunur
İranın qərbdə, İraqla sərhədə T-72 tankları cəmləşdirməsi ölkənin Küveytə qarşı mümkün hərbi əməliyyata hazırlaşdığı barədə iddiaları gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveytin Bubiyan adasına qarşı əməliyyat hazırlığında olduğu ehtimal edilir. İddialara əsasən, adada ABŞ-a məxsus raket sistemləri yerləşdirilib.
Bununla belə, İran tərəfi bu məlumatları rəsmi şəkildə təsdiqləməyib. Müstəqil mənbələr də hələlik tankların sərhədə cəmləşdirilməsinin mümkün hərbi əməliyyatla əlaqəli olduğunu təsdiq edən sübut təqdim etməyib.
12:38 21.07.2026
Oxunuş sayı: 72