Nikaraquada seçkilər ləğv edildi
Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
1979–1990-cı illərdə prezident olan Orteqa 2007-ci ildə yenidən dövlət başçısı seçilib və həmin vaxtdan hakimiyyətdə qalır.
Prezident bildirib ki, seçkilərin ləğvi müxalifətin hakimiyyəti ələ keçirməsinin qarşısını almaq məqsədi daşıyır.
"Burada artıq hökuməti və hakimiyyəti ələ keçirmək cəhdi edilə biləcək seçkilər olmayacaq. Yankilər və Somosa tərəfdarlarının dəstəklədiyi partiyaların yenidən hakimiyyətə qayıdacağı dövr başa çatıb və bir daha təkrarlanmayacaq", – deyə Daniel Orteqa bildirib.
12:06 21.07.2026
Oxunuş sayı: 58