İranın daxili işlər naziri Pakistana səfər edib
İranın daxili işlər naziri İskəndər Mömini rəsmi səfərlə Pakistana gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, Mömini İslamabada səfəri zamanı əsas məqsədin İran və Pakistan arasında münasibətlərin daha da möhkəmləndirilməsi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi olduğunu bildirib.
Nazir qeyd edib ki, tərəflər daha əvvəl illik qarşılıqlı ticarət dövriyyəsinin ilkin mərhələdə 10 milyard dollara çatdırılması barədə razılıq əldə ediblər.
Pakistanın daxili işlər naziri isə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və regionda gərginliyin azaldılması istiqamətində səylərin dəstəklənəcəyinə ümid etdiyini bildirib.
Məlumata əsasən, İskəndər Mömini səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkianın məktubunu Pakistan rəhbərliyinə təqdim edəcək.
11:40 21.07.2026
Oxunuş sayı: 55