Starmer istefadan sonra pubda görüntüləndi
Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer istefasından cəmi bir neçə saat sonra Londonun şimalındakı publardan birində görüntülənib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Starmer istefadan sonra "kədərini unutmaq" üçün bir puba gedərək pivə içib.
Məlumata əsasən, o, baş nazirin rəsmi iqamətgahını tərk etdikdən sonra yenidən Londonun şimalındakı əvvəlki yaşayış yerinə köçəcək.
"The Sun" yazır ki, Starmer pubda sakit şəkildə vaxt keçirib və ətrafdakıların diqqətini cəlb edib. Britaniya siyasətçisi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
11:48 21.07.2026
Oxunuş sayı: 60