KİV: Çin Putindən uzaqlaşır, Azərbaycan da yeni kurs seçir
Çin, eləcə də Qazaxıstan, Azərbaycan və Ermənistan Rusiya Prezidenti Vladimir Putindən tədricən uzaqlaşaraq fərqli xarici siyasət kursu formalaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Euobserver" nəşri məlumat yayıb.
Nəşrin təhlilində bildirilir ki, adıçəkilən ölkələr Moskva ilə münasibətləri tam dayandırmadan, daha balanslı və müstəqil siyasət yürütməyə üstünlük verirlər. Məqalədə qeyd olunur ki, bu tendensiya xüsusilə geosiyasi dəyişikliklər və iqtisadi maraqlar fonunda daha aydın hiss olunur.
"Euobserver" hesab edir ki, Çin Qərb və digər tərəfdaşlarla əlaqələrini genişləndirməyə çalışarkən, Qazaxıstan, Azərbaycan və Ermənistan da regional və beynəlxalq siyasətdə daha çox manevr imkanları əldə etməyə çalışır.
Nəşr bu prosesi Rusiyanın regiondakı təsir imkanlarının tədricən zəifləməsinin əlamətlərindən biri kimi qiymətləndirir.
11:37 21.07.2026
Oxunuş sayı: 62