Serj Sarkisyan tarixi qalanı qanunsuz satmaqda ittiham olunur
Ermənistanın İstintaq Komitəsi sabiq prezident Serj Sarkisyanın Gümrüdə yerləşən tarixi "Qara qala"nın (Sev Berd) satışı ilə bağlı cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
İstintaqın məlumatına görə, Sarkisyan müdafiə naziri olduğu dövrdə – 2005-ci il mayın 11-də hökumətin müvafiq qərarı olmadan 626,45 kvadratmetr sahəyə malik tarixi qalanı və onun istifadəsi üçün ayrılmış 0,7 hektar torpaq sahəsini təxminən 22,95 milyon drama fiziki şəxsə satıb.
İstintaq hesab edir ki, bu satış nəticəsində dövlət respublika əhəmiyyətli tarixi-mədəni abidə üzərində mülkiyyət hüququnu itirib.
Serj Sarkisyana vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Ermənistan Prokurorluğuna göndərilib.
10:54 21.07.2026
Oxunuş sayı: 62