SEPAH: Hörmüz boğazında iki neft tankeri hücuma məruz qalıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənub marşrutu ilə hərəkət etməyə çalışan iki neft tankerinin hücuma məruz qaldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, hücum nəticəsində hər iki tanker alovlanıb.
Qurumun nümayəndələri iddia ediblər ki, gəmilər ABŞ hərbçiləri tərəfindən "aldadılaraq" təhlükəli marşrutdan istifadə etməyə məcbur edilib.
Müstəqil mənbələr isə bu iddiaları hələlik təsdiqləməyib.
10:42 21.07.2026
Oxunuş sayı: 56