Taker Karlson Kallası sərt tənqid etdi: Belə savadsız adam...
Amerikalı jurnalist Taker Karlson Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas haqqında sərt fikirlər səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Karlsonun açıqlamasını "RIA Novosti" yayıb.
Karlson bildirib ki, Kallasın çıxışını diplomatlarla birlikdə dinləyib və onun çıxışı zalda iştirak edənlər arasında təəccüb və narazılıq doğurub.
Onun sözlərinə görə, Kallas kifayət qədər məlumatlı görünməyib və çıxışı "səthi mənəvi ümumiləşdirmələrdən" ibarət olub.
Karlson həmçinin Avropa İttifaqı kimi böyük bir qurumun belə bir şəxsi rəhbər vəzifəyə irəli çəkməsini anlamadığını bildirib.
10:33 21.07.2026
Oxunuş sayı: 56