ABŞ və İrana 10 günlük atəşkəs təklif edilib
Misir, Oman, Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İrana 10 günlük atəşkəs elan edilməsi təklif olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin məlumatına görə, təklifə Hörmüz boğazında gəmiçiliyin bərpası və uzunmüddətli razılaşma ilə bağlı danışıqların başlanması da daxildir.
Mənbələrin iddiasına əsasən, ABŞ Prezidenti Donald Tramp bu variantı Tehran əleyhinə genişmiqyaslı hərbi əməliyyatların bərpası ssenarisi ilə yanaşı nəzərdən keçirir.
Bildirilir ki, ABŞ artıq bölgəyə əlavə qırıcı təyyarələr və yanacaqdaşıyan hərbi təyyarələr göndərir. Eyni zamanda, İsrail də münaqişənin genişlənməsi ehtimalına qarşı ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
10:24 21.07.2026
Oxunuş sayı: 59