Azərbaycan əhalisinin sayı 0,1 faiz artıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
10:01 21.07.2026
Oxunuş sayı: 66