ABŞ və İran qarşılıqlı zərbələri davam etdirib
ABŞ və İran arasında hərbi qarşıdurma yeni zərbələrlə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Press TV" və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Press TV"-nin iddiasına görə, İran Küveytdə yerləşən ABŞ-nin "Əhməd əl-Cabir" aviabazasına zərbə endirərək raket xəbərdarlıq və müdafiə radarlarını, AN/FPS-117 radiolokasiya stansiyasını, Patriot zenit-raket kompleksini, eləcə də "Kemp Ərifcan" bazasında yerləşən HIMARS raket sistemlərini hədəfə alıb.
Telekanal həmçinin Bəhreyndə ABŞ-yə məxsus Patriot hava hücumundan müdafiə sistemi və radar qurğusunun da məhv edildiyini iddia edib.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı növbəti hərbi əməliyyat mərhələsinin başa çatdığını açıqlayıb. Bildirilib ki, ABŞ qüvvələri İranın hərbi komanda mərkəzlərinə, raket və pilotsuz uçuş aparatlarının buraxılış mövqelərinə, eləcə də hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
09:35 21.07.2026
Oxunuş sayı: 56