Dünya çempionatının finalından sonra futbol yox, Tramp danışılır
Beynəlxalq media futbol üzrə dünya çempionatının final mərasimindən sonra ABŞ Prezidenti Donald Trampla bağlı istehzalı paylaşımlarını davam etdirir.
Crossmedia.az xəbər verir ki, ˝The Guardian˝ nəşri finaldan sonra çəkilmiş fotoya belə bir başlıq verib: “Canni İnfantino ehtiyatla Donald Trampa onun İspaniya millisinin üzvü olmadığını izah edir”.
İstehzalı paylaşım Trampın mükafatlandırma mərasimindən sonra futbolçularla birlikdə podiumda qalaraq komanda fotosunda yer almasına işarə edir. Bu hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
23:36 20.07.2026
Oxunuş sayı: 60