Ermənistanda fermerlər İrəvan-Yerasx yolunu bağlayıblar
Ermənistanın bəzi kəndlərində sakinlər pomidor məhsulunun satışı ilə bağlı yaranan problemlərə etiraz olaraq avtomobil yolunu bağlayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, fermerlər məhsullarını sata bilmədiklərindən narazılıq edərək aksiya keçiriblər.
Etirazçılar yaranmış vəziyyətə diqqət çəkilməsini və kənd təsərrüfatı məhsullarının satışına dəstək göstərilməsini tələb ediblər.
22:21 20.07.2026
Oxunuş sayı: 71