Ukrayna hərbiçilərinin videolarının sonu əsirliklə bitdi
Ukrayna hərbçilərinin Konstantinovka şəhərində çəkildiyi bildirilən videodan bir gün sonra əsir götürüldüyü iddia olunub.
Crossmedia.az bu barədə xarici mediaya istiandən xəbər verir.
Məlumata görə, əvvəl yayımlanan görüntülərdə Ukrayna ordusunun əsgərlərinin şəhərdə Ukrayna bayrağı ilə dayandığı və vəziyyətin nəzarət altında olduğunu bildirdiyi göstərilib.
Daha sonra yayılan məlumatlarda isə həmin şəxslərin eyni ərazidə Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyü iddia edilib. Videoda onların həyatlarının xilas edilməsinə görə Rusiya ordusuna təşəkkür etdiyi və Ukrayna bayrağını yerə qoyaraq Rusiya bayrağını götürdüyü göstərilir.
Hadisənin detalları və görüntülərin həqiqiliyi ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur.
21:54 20.07.2026
Oxunuş sayı: 66