Ukraynalı jurnalist İlham Əliyevə belə təşəkkür etdi
Ukraynalı jurnalist Dmitri Qordon Şuşada keçirilən Qlobal Media Forum zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib və Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Crossmedia.az xəbər verir ki, “İlham Əliyevə müdrikliyinə görə təşəkkür etmək istəyirəm. Həmçinin Ukraynaya və ukraynalılara qarşı insani münasibətinə görə minnətdaram”, – deyə Qordon bildirib.
Jurnalist qeyd edib ki, “Azərbaycanın prezident baxımından bəxti gətirib. Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə ölkə uzun illərdən sonra ərazilərini bərpa edə bilib və bu təcrübə Ukrayna üçün möhtəşəm nümunədir”.
Qordon, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərini yüksək qiymətləndirib və görülən işlərin miqyasını xüsusi vurğulayıb.
21:14 20.07.2026
Oxunuş sayı: 65