Böyük Britaniyanın yeni baş naziri ilk beynəlxalq mesajını alıb
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Endi Börnhəmi Böyük Britaniyanın baş naziri vəzifəsinə təsdiqlənməsi ilə bağlı təbrik edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fon der Lyayen bildirib ki, Avropa İttifaqı ilə Böyük Britaniya arasında tərəfdaşlığın gücləndirilməsinə ümid edir.
Onun sözlərinə görə, bu əməkdaşlıq La-Manş boğazının hər iki tərəfində təhlükəsizlik və rifahın təmin olunmasına xidmət etməlidir.
21:46 20.07.2026
Oxunuş sayı: 58