Rusiya Ukraynanın dəniz infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gün ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan gəmilərə zərbələr endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, hücumlar dəniz infrastrukturuna və hərbi təminatda istifadə olunan obyektlərə qarşı həyata keçirilib.
Hadisənin detalları və zərbələrin nəticələri barədə əlavə məlumat verilməyib.
20:35 20.07.2026
Oxunuş sayı: 61