Stavropoldakı istirahət mərkəzində zəhərlənənlərin sayı rekord həddə çatıb
Rusiyanın Stavropol diyarında istirahət bazasında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı yeni məlumat açıqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, zəhərlənən şəxslərin sayı 97 nəfərə yüksəlib.
Hazırda hadisənin səbəbləri araşdırılır. Mütəxəssislər zəhərlənməyə səbəb olan amilləri müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. İstintaq çərçivəsində bütün hallar yoxlanılır.
20:24 20.07.2026
Oxunuş sayı: 67