İran İnqilab Keşikçiləri Korpusu İordaniya sakinlərinə bu səbəbdən təşəkkür edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya sakinlərinə ABŞ bazalarına endirilən zərbələr zamanı göstərdikləri köməyə görə təşəkkür edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Korpusun iddiasına görə, İordaniyadakı bəzi şəxslərin təqdim etdiyi məlumatlar sayəsində ölkə ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirilib.
SEPAH bu məlumatların əməliyyatların həyata keçirilməsində rol oynadığını bildirib. İddialarla bağlı ABŞ və İordaniya tərəfinin mövqeyi açıqlanmayıb.
20:16 20.07.2026
Oxunuş sayı: 64