Ermənistanın Avropa bazarına yolu bu dəfə uğurlu olub
Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, ölkə şirkətləri Avropa İttifaqına (Aİ) balıq və balıq məhsulları ixrac etmək imkanı əldə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Aİ- dən ixrac üçün tələb olunan bütün icazələr alınıb. Ermənistanda isə məhsulların Avropa bazarına çıxarılması üçün müvafiq prosedurlar tətbiq edilib.
Papoyan qeyd edib ki, bu qərar Ermənistan şirkətlərinə Aİ bazarına çıxış imkanlarını genişləndirməyə şərait yaradacaq.
19:54 20.07.2026
Oxunuş sayı: 63