Kurortda baş verənlər Moskvanı ayağa qaldırdı – Türkiyədən izahat istənilib
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti Türkiyədə rusiyalı turistlərin kütləvi zəhərlənməsi ilə bağlı yayılan məlumatlardan sonra Türkiyə Səhiyyə Nazirliyinə rəsmi sorğu ünvanlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumdan bildirilib ki, sorğunun məqsədi hadisə ilə bağlı rəsmi məlumatların əldə edilməsi, zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi və görülən tədbirlərlə tanış olmaqdır.
Qeyd edək ki, son günlər Türkiyənin kurort bölgələrində turistlərin qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılıb. Yerli hakimiyyət orqanları hadisələrlə bağlı araşdırma aparır.
18:08 20.07.2026
Oxunuş sayı: 57